Birlikdə qrup kimi musiqi ifa etməyin verdiyi sevinc hissini və onun hərəkətləndirici gücünü hiss edin.
Təcrübəli vokal müəlliminin müşayiəti ilə həyata keçirilən "One Voice" fəaliyyətində iştirakçılar bir sıra əyləncəli tapşırıqlarda iştirak edərək bədənlərini və səslərini məşq etdirirlər. İştirakçılarda özünəinam yarandıqdan sonra onlar daha çox şey öyrənməyə çalışırlar və sonda bütün komanda bir araya gələrək qrupa yğunlaşdırılmış mahnını ifa edirlər. "One Voice" fəaliyyətində onlar öz ürəklərini, təxəyyüllərini və ağızlarını həqiqətən açdıqda nəyə qadir olduqlarını göstərirlər. Onlar yekun mahnını bu fantastik kollektiv təcrübə barədə xatirə kimi özləri ilə evə apara bilərlər.
"One Voice" insanların sosial, emosional və psixoxoloji rifahını yaxşılaşdırmaq üçün birlikdə ifa etməklə bağlı aparılmış araşdırmalara əsaslanır. "Once Voice" bir sıra hərəkətlərə, o cümlədən aparıcını diqqətlə dinləmə və izləməyə, deyilən sözləri xatırlamağa, öz səsini və digərlərinin səslərini ahəngdar şəkildə dinləməyə diqqətin yetirilməsini tələb edir. Gündəlik narahatlıqlardan kənar məsələlərə diqqətin yetirilməsi gərginliyi aradan qaldırır, iştirakçıların diqqətini artırır və zehnini açır.
Necə də canlandırıcı və şən təcrübə idi.