The Infinite Loop

Virutal reallıq oyununa qoşulun və həddən artıq gerçəkçi olan duyğular yaşayın.

1.5 - 2 saat
Qapalı məkanda
Rəqabətcil
6 - Limitsiz

Haqqında

Ağ papaqlı xakerlər komandası xüsusi sirr missiyası adlanır. Oyundan əvvəlki gecə "Odissey" adlı naməlum şirkətdən virutal reallıq qulaqcığı almış gənc yeni qulaqcığı yoxlayarkən qəfildən fiziki olaraq oyunun virtual dünyasına daxil olur. Komandanın missiyası virtual və real dünyalar arasında gedib gələrək virtual dünyaya həbs olunmuş gənci xilas etmək üçün açarlar tapmaqdır

Komanda üzvlərindən biri virtual dünyanı təsvir etmək üçün virtual reallıq qulaqcığı taxarkən real dünyada olan komanda yoldaşları kilidli modullar dəstindən ibarət olan və "Ağ papaqlıların sorğu kitabçası"ndan istifadə edərək müxtəlif otaqların qapısını açan həll yolları axtarırlar. Hər şeyin bitdiyini düşünəndə onlar ikinci səviyyəyə keçirlər və burada daha mürəkkəb kilid sistemlərinə malik eyni otaqlardan keçməlidirlər. Oyunun məqsədi komandalar arasında rəqabət yaratmaqdır və əsas ekranda bir oyun sessiyasında bir neçə komandanın inkişaf prosesi göstərilir.

Öyrənmə nəticələri

"The Infinite Loop" real zamanlı əməkdaşlıq və ünsiyyətə əsaslanan, effektiv qənaətcil idarəetmə üzrə biznes oyunudur. Virtual dünyadakı iştirakçı problemi nə qədər dəqiq təsvir edərsə, real dünyada olan komanda yoldaşları həll yolunu o qədər tez taparlar. "The Infinite Loop" oyunundan çox şey öyrənmək olar. Təkrar öyrənmə, o cümlədən davamlı olaraq rəylərin bildirilməsi və inkişaf komandanın problemləri daha səmərəli şəkildə həll etməsinə kömək edir. "The Infinite Loop" uzaq məsafədə çalışan komandalara malik olan və çevik metodologiyalardan istifadə edən müasir sahibkarlıq subyektlərinə təsir göstərən mürəkkəb problemlər barədə məlumatlandırma üçün universal və effektiv alətdir.

Related Testimonial

Möhtəşəm! Biz oyunu vaxtında qurtardıq, ancaq komandalar oyuna elə aludə olmuşdular ki, oynamağa davam etdmək istəyirdilər.

Amdocs

Qiyməti öyrənin