Səmərəlilik prosesin tam potensialının nə dərəcədə üzə çıxarılmasını müəyyən edir. Prosesin təkmilləşdirilməsi məhsul və ya xidmətin səmərəliliyi, xərcləri və keyfiyyətini yaxşılaşdırmaq üçün prosesin müəyyən edilməsi, təhlil edilməsi və daha sonra gücləndirilməsi metodundan ibarətdir. Bu, ümumilikdə, səmərəliliyi artırmaq üçün tapşırıq və proseslərin dəyişdirilməsi və/və ya əlavə proseslərin əlavə edilməsi ilə nəticələnir.
Sistemlərlə tanış olduqdan illər sonra əməkdaşlar dəyişikliyə ehtiyac olub-olmadığından asılı olmayaraq, cari proseslərə sadiq qalırlar. Prosesin təkmilləşdirilməsinin ilkin mərhələlərində heyətdən yardım almaq keçid dövrünün aha rahat keçməsinə səbəb ola bilər. Praktik biznes oyunları və timbildinq fəaliyyətləri prosedurlarının dəyişdirilməsinə səmərəliliyin artırılmasına gətirib çıxara biləcəyini anlamaq üçün mükəmməl vasitədir.
"Catalyst" şirkətinin timbildinq məhsulu olan "Need 4 Speed" komandaların hissələrdən miniatür avtomobillər düzəltməsini, bu prosesi təkrarlayaraq onu daha tez bitirməyə və daha dəqiq olmağa çalışmasını tələb edir. Bu, prosesin təkmilləşdirilməsinin faydalarını göz önünə sərən əyləncəli və hərəkətli oyundur. Komandalar bir-biri ilə rəqabət aparırlar və hesab cədvəlində açıq şəkildə göstərilən xallar rəqabətin və dəyişikliyə olan həvəsin artmasına səbəb olur. Bundan başqa, komandaların ortalama xal toplaması ən yaxşı təcrübəni bölüşməsi, bacarıqları mübadilə etməsi və səmərəsizliyin ümumi artımı baxımından əməkdaşlığı təşviq edir.
Tədqiqatlar sübut edir ki, qazanılan biliyi iş mühitində tətbiq etmək üçün bu cür prosesə oyun elementlərinin daxil edilməsi dəyişikliyin qəbul edilməsi və tələb olunan prosesin təkmilləşdirilməsində iştirak baxımından daha yaxşı nəticələrə səbəb olur.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?