Korporativ sosial məsuliyyət təşkilatın sosial, iqtisadi və ekoloji təsiri, o cümlədən insan hüquqlarına verilən dəyəri qiymətləndirmək və buna görə məsuliyyət daşımaq təşəbbüsləridir.
Biz timbildinq vasitəsilə həqiqətən müsbət sosial töhfələr veririk. Timbildinq proqramlarımızın əksəriyyəti, həmçinin, komandaların icma, yerli xeyriyyəçilik və ətraf mühit layihələrinə töhfə verməsi üçün nəzərdə tutulmuşdur. "Catalyst" şirkətində biz korporativ sosial məsuliyyətin təsirlərini sözdə saxlamayaraq gözləntilərdən daha artığını edirik. "Catalyst Global" şirkətinin qlobal ianə təşəbbüsü olan "Buy1GIVE1" (yaxud "B1G1") ilə ömürlük tərəfdaşlığı bizə heç vaxt görə bilməyəcəyimiz insanlara əsl töhfə vermək imkanı verir. "B1G1" sosial müəssisə və qeyri-kommersiya təşkilatı olmaqla hər kəsin ianə verdiyi bir dünya yaratmaq missiyasına malikdir. Hər dəfə dünyanın hər hansı yerində kimsə şəbəkə tərəfdaşlarımızdan biri ilə "Catalyst" şirkətinin timbildinq proqramında iştirak etdikdə "Catalyst Global" şirkəti "B1G1" tərəfindən xüsusi olaraq seçilmiş, yüksək təsirə malik layihələrə töhfə verir. Bununla belə, şirkət bununla kifayətlənmir və həmin təşəbbüsün üzvləri olan, "Catalyst" timbildinq şəbəkəsinin tərəfdaşları, həmçinin, hər dəfə proqram həyata keçirildikdə töhfə verərək verilən ianələrin həcmini artırır!
Biz qəti şəkildə tövsiyə edirik ki, "B1G1" təşəbbüsünə nəzər salasınız. Ənənəvi xeyriyyəçilik modellərindən fərqli olaraq "B1G1" kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin gündəlik biznes əməliyyatlarına xeyriyyəçilik fəaliyyətlərini daxil edərək unikal xeyriyyəçilik hekayələri formalaşdırmaqla daha çox sosial töhfə verirlər. Hər bir biznes əməliyyatı (və nəticədə gündəlik fəaliyyətiniz) cəmi 1 sent qədər kiçik məbləğlə bir neçə insanın həyatında fərq yarada bilər. "Catalyst" şirkətində biz sizinlə birlikdə möhtəşəm məhsuldarlıq dövrəsi formalaşdırmışıq: möhtəşəm oyun dizaynı, bütün iştirakçılara və onların şirkətlərinə böyük töhfə, mükəmməl addımların atılması.
Əksər timbildinq proqramları seçdiyiniz xeyriyyə tədbiri, sosial və ya ekoloji layihə və/və ya QHT ilə əməkdaşlıq etməyiniz üçün hazırlanaraq sizə ətraf mühitə müsbət təsir göstərən sosial rifahı artıran fəaliyyətlərlə məşğul olmaq imkanı verə bilər.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?