The Big Picture

Komandalar şirkətin dəyərlərini əks etdirən böyük rəsm əsəri çəkmək üçün əməkdaşlıq edirlər.

1 - 3 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
12 - Limitsiz

Haqqında

"The Big Picture" timbildinq məşğələsi iştirakçıların kiçik komandalara bölünməsi ilə başlayır. Komandalara fırça, boya, ayrı-ayrı kətan parçalarını təsvir edən diaqram və bir ədəd boş kətan parçası verilir. Daha sonra, onlar komanda şəklində düzgün rəngləri əmələ gətirərək kətan parçasını boyamaq üçün boyaları qarışdırmağa başlayırlar. Tezliklə komandalar başa düşürlər ki, ümumi əsərin uğurlu alınması üçün onlar digər komandalarla əməkdaşlıq etməlidirlər. Boyama prosesi tamamlandıqdan sonra böyük təsvir ortaya çıxır və təəssüratların bölüşülməsi mərhələsində əsər ilk dəfə olaraq bütün iştirakçılara göstərilir ki, bu çox vaxt sevinci hissi və qüvvətli alqışlarla müşayiət olunur.

Öyrənmə nəticələri

Hər bir məqamda geriyə qayıdıb "böyük təsvirə" nəzər zalmaq, xüsusilə, quruma, qurum daxilində insanların necə işləməsi və bir-biri ilə necə ünsiyyət qurmasına baxmaq vacibdir. "The Big Picture" əsl epik lövhələrin əks olunduğu rəsm əsərinin boyanması prosesində komanda işi, əməkdaşlıq və ünsiyyətin əhəmiyyəti artır. Fəaliyyətdən əvvəl qrafik dizaynerlərimiz məqsədlərinizi, dəyərlərinizi, missiyanızı və vizyonunuzu əks etdirən rəsm əsəri yaratmaq üçün sizinlə əməkdaşlıq edirlər. Öz miqyası ilə ilham verən və böyük təsvirin aşkar edilməsi zamanı iştirakçıları valeh edən "The Big Picture" istənilən şirkətin ümumi vizyonu qeyd etməsi və öz əməkdaşları ilə həmrəy olması üçün əsl qızıl məqamdır.

Related Testimonial

Hər şeyə şübhə ilə və tənqidi şəkildə yanaşan kütləni həvəsli və həyəcanlı insanlardan ibarət qrupa çevirdiyinizə görə minnətdarıq. "Big Picture" fəaliyyətinin bütün şirkətə göstərdiyi təsir həddən artıq möhtəşəm idi. Əməkdaşlarımız hələ də inana bilmirlər ki, onlar hal-hazırda "Atrium"un ofisində saxlanan sənət əsərinin ərsəyə gəlməsində iştirak etdilər.

Ericsson

together apartDistant - Hibrid - Bir neçə məkanda

Bu fəaliyyət üz-üzə, distant, hibrid formatda və bir neçə məkanda çalışan komandalar üçün nəzərdə tutulub. Əgər komandanız evdən, fərqli regional ofislərdə və ya fərqli ölkələrdə fəaliyyət göstərirsə, bizdən bu fəaliyyətin distant və ya hibrid versiyasını istəyə bilərsiniz. Bu təcrübəni komandanızın ehtiyaclarına necə uyğunlaşdıracağımızı öyrənmək üçün bizimlə əlaqə saxlayın.

Qiyməti öyrənin