"Co-op" korporativ mədəniyyət, vizyon və dəyərlərə diqqət ayrırır

tarixində dərc olunmuşdur 9 avq 2014

Format

Qastrolun formatı bir günlük proqram idi. Səhər üçün müəyyən edilmiş gündəlikdə duran əsas məsələlər əsas korporativ mesajlar, axşam üçün isə əməkdaşlar arasında əlaqə yaratmaq, effektiv şəkildə ünsiyyət qurmaq, məlumat mübadiləsini həyata keçirmək, töhfə vermək və komanda şəklində ümumi məqsəd uğrunda mübarizə aparmağa kömək edən timbildinq tədbiri təşkil etmək idi. Timbildin tədbiri olaraq "The Big Picture" seçildi və müştərinin xüsusi göstərişlərinə əməl edən rəssamlarımız müştərinin mesajları, təsvirləri və markasını əks etdirmək üçün müxtəlif mövzulardan istifadə edərək fərqli rəssamların üslubunda dəqiqlik və kreativliklə altı xüsusi əsər ərsəyə gətirdilər. Mart ayında başlayan sentyabr ayı ərzində davam edən bu proses ərzində təxminən 8000 iştirakçı hər bir tədbirdə 80-100 nəfər nümayəndə olmaqla həftənin 4 günü baş tutan bu bir günlük proqramda iştirak etdi.

Sual-cavab

- (Bütün suallar "Co-op" tərəfindən cavablandırılmışdır.)


İlkin məlumatlandırma – tələb və hədəfləriniz nələr idi?

Bu tədbirin məqsədi yeni "Co-operative" markası yaratmaq və 8000 həmkarın markanın ərsəyə gətirilməsində oynadığl rolu başa düşməsini təmin etmək idi. Tədbirin çox praktik olması nəzərdə tutulmuşdu və fəaliyyət əməkdaşlar arasında komanda işi, əməkdaşlıq və əlaqələrin qurulmasını birləşdirən əsas mesajları bir araya gətirməli idi. Bu fəaliyyət daha çox əməkdaşın iştirakını təmin etmək üçün müvəffəqiyyətlə uyğunlaşdırıldı.

Tədbir kimlər üçün idi?

Rəhbərlikdən müştərilərlə birbaşa ünsiyyət quran əməkdaşlara qədər biznesin bütün sahələrindən gələn 8000 əməkdaş.

Co-Operative Financial Services

"The Big Picture" fəaliyyətinin seçilməsinin səbəbi nə idi?

Həmin günə məxsus əsas mesajların vizuallaşdırılması, komanda işi və əlaqələrin qurulması. Fəaliyyət bütün tələblərimizi birləşdirdi və hərəkətli fəaliyyətlər mövzusuna uyğunlaşdırıldı.

Biz əmin olmalı idik ki, tədbir üçün hazırlanmış avadanlıqlar ekoloji cəhətdən təmizdir və/və ya ədalətli şəkildə satın alınmışdır! Bu, tədbir çərçivəsində hər bir komandanın bioloji cəhətdən parçalana bilən boya və boya qabı, ekoloji cəhətdən təmiz pambıq köynək, təkrar istifadə edilə bilən süfrələr, təkrar emal edilə bilən boya, zibil qabı və parçalardan istifadə etməsini nəzərdə tutur.

Nümayəndələr necə reaksiya verdilər? Onlar tapşırığı xoş qarşıladılar?

Bəli, hər biri, hətta şübhəli yanaşanlar belə xoş qarşıladılar!! Bəziləri əvvəlcə rəqəmlərlə boyama fikrinə şübhə ilə yanaşdılar, ancaq fəaliyyətdə iştirak etdikcə nümayəndələr bunun tədbiri canlandırdığını hiss etdilər və bizimlə öz xoş təəssüratlarını bölüşdülər.

Co-Operative Financial Services

Tədbirin səmərəliliyini necə qiymətləndirirsiniz? Həmin günün və növbəti həftələrin nəticələri necə idi?

Həmin günün nəticəsi hər zaman müsbət olmuş, həm şifahi, həm də yazılı şəkildə xoş təəssüratlar bildirilmişdir. Hal-hazırda tədbirin səmərəliliyini qiymətləndirmək çox çətindir, çünki o, hələ də davam edir, ancaq onu deyə bilərəm ki, fəaliyyətə sərmayə yatırmağa dəyər.

Bütün müştəri hekayələri