Quickfire

Komandalar zehni, fiziki əmək və kreativlik tələb edən tapşırıqları yerinə yetirmək üçün kreativlik və yaradıcılıq qabiliyyətindən istifadə edirlər

30 dəqiqə - 4 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

"Quickfire" mobil tətbiq əsasında oynanılan timbildinq oyunudur. Hər bir komanda oyuna bir ədəd planşet, bir qutu avadanlıqlar və oyun valyutası ilə dolu bir ədəd kiçik qutu ilə başlayır. Onlar digər komandaları geridə qoyaraq qalib gəlmək məqsədilə maksimum xal toplamaq üçün verilmiş müddət ərzində mümkün qədər çox tapşırığı yerinə yetirməlidirlər. Kreativlik, zehni və fiziki əmək tələb edən bu tapşırıqlar müxtəlif çətinlik səviyyələrinə və fərqli formalara (fotoşəkil, video, vahid cavab, çoxseçimli tapşırıq, məntiqi tapmaca və s.) malikdir! Komandalar hər biri giriş haqqına sahib olan və müvəffəqiyyətlə tamamladıqda mükafat verilən yüzlərlə tapşırıq arasından seçim edirlər. Bəzi tapşırıqlar qrupdakı hər kəsin iştirakını tələb edir ki, bu da qətiyyətli liderlik qabiliyyəti, strategiya və effektiv ünsiyyət bacarığı tələb edir.

Vaxt azaldıqca komandaların sürəti davamlı olaraq artır! Tədbirin son dəqiqələrində sürət pik nöqtəyə çataraq əyləncə, qəhqəhə və tələskənliklə dolu qeyri-adi ab-hava yaradır. Sond qalib komanda elan edilir.

Öyrənmə nəticələri

"Quickfire" oyununda müvəffəqiyyətli komandalar risk və mükafatı ölçüb-biçmək üçün effektiv şəkildə əməkdaşlıq edirlər. Zaman azaldıqca iştirakçılar bir-biri ilə ünsiyyət quraraq digər komanda üzvlərinin hansı tapşırıqlara inamla cavab verə biləcəklərini bilməsinə şərait yaratmalıdırlar. Tapşırıqlar müvəffəqiyyətlə tamamlandıqca inam yaranır və iştirakçılar bir-birinin müxtəlif qabiliyyətlərini qiymətləndirməyi öyrənir.

Qrup halında yerinə yetirilən tapşırıqlar üçün komandalardan innovativ şəkildə düşünmək tələb olunur. Onlar birgə strategiya yaratmaq üçün effektiv ünsiyyət bacarıqlarında istifadə etməli, daha sonra cəld şəkildə və tərəddüd etmədən hərəkət etməlidirlər.

"Quickfire" oyununda iştirakçılar qəhqəhəyə boğulacaqlar! Komandalarda şən əhval-ruhiyyə və fikir birliyi yaranacaq! Ən vacibi isə, iştirakçılar öz güclərini və digər komanda üzvlərinin fərqli bacarıqlarını qiymətləndirməyi öyrənirlər.

Related Testimonial

Biz komandamızda dinamika, bacarıqlar və rollara böyük əhəmiyyət veririk. "Quickfire" insanlara öz güclü və zəif tərəflərini görməyə, digərlərinin də güclü və zəif tərəflərini qiymətləndirməyə kömək etmək üçün mükəmməl vasitədi idi. Biz həmin fəaliyyətdən sonra əməkdaşlarımızın bir-biri ilə ünsiyyətindən və əməkdaşlığında ciddi irəliləyişin şahidi olmuşuq.

Novartis

Qiyməti öyrənin