Missiya, vizyon və dəyərlər qurumun strateji bünövrəsini təşkil edir. Missiya qurumun məqsəd və dəyərlərini müəyyən edən bəyanatdır. O, müəssisənin mövcud olmasının məqsədini əməkdaşlara, müştərilərə və əsas maraqlı tərəflərə dəqiq şəkildə çatdırır. Vizyon barədə bəyanat qurumun ambisiyalarını müəyyən edən perspektivdir. O, istiqaməti müəyyən edir, müəssisənin həll etməyə çalışdığı problemləri vurğulayır və dəyişiklik təşəbbüslərini istiqamətləndirir.
Dəyərlər barədə bəyanat müəssisənin əsas rəhbər prinsipini müəyyən edir. O, şirkətin öz əməkdaşları, müştəriləri və digər maraqlı tərəflərə təqdim etdiyi, davranış və düşüncə tərzlərinə təsir göstərən inanc sistemi barədə bəyanatdır. Dəyərlər davamlıdır. Dəyərlər ambisiya yaradır və onların dili emosionaldır. Dəyərlər barədə bəyanat, adətən, onlardan təcrübədə necə istifadə olunduğunu göstərən Etika və/və ya Davranışlar Kodeksi ilə tənzimlənir.
Dəyərlər barədə bəyanatın effektiv olması heyətdən asılıdır. Heyətin dəyərlər barədə bəyanatın hazırlanması prosesinə cəlb edilməsi faydalı olur. Bütün müəssisə dəyərlərinin yayılması və təbiğatı liderlərə xas davranışdır. Timbildinq fəaliyyətləri ilk dəfə aşkar edilməsindən yaxud onları heyətə təqdim olunmasından və ya yenidən gözdən keçirilməsindən asılı olmayaraq korporativ dəyərlərin kəşf olunması üçün mükəmməl vasitədir.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?