Peak Performance

Komandalar Everest dağının zirvəsinə ekspedisiyaya rəhbərlik edən vahid komanda kimi çıxış edirlər.

1.5 - 3 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

20 günlük ekspedisiya ərzində komandalar öz müştərilərini Everest dağının zirvəsinə qaldırıb təhlükəsiz şəkildə düşərgəyə qaytarmağa çalışırlar. Onlar müştərinin sağlamlığı, hava, zirvəyə aparan ən yaxşı marşrut, iqlimə uyğunlaşma, oksigendən istifadə, çadırlar və qali gəlmək üçün lazım olan strategiyalar kimi bir sıra amilləri nəzərə almalıdırlar. Əsas məlumatlar komandalara ekspedisiyanın hər günündə planşet vasitəsilə çatdırılır. Komandalar qısa müddət ərzində ağıllı və aydın qərarlar vermək üçün digər komandalarla yarışırlar. Hər bir yüksəklik zonasında məkan məhdud olduğuna görə arxada qalan komandalar daha çətin cığırda ilişib qalacaq və ya hərəkət edə bilməyəcəklər!

Yol boyunca komandalar bir sıra aktiv tapşırıqları yerinə yetirir, o cümlədən məhdud müddət ərzində qəfil açılan çadırları çantaya yığır, qoşqu ləvazimatları ilə gözübağlı şəkildə zirvəyə qalxır və yataq torbalarını doldururlar. Komandalar, həmçinin, çadırları, oksigeni və/və ya müştəriləri daşımaq onlara nələrin lazım olacağı barədə qərar verməlidirlər. Müştərilər dağın daha yüksək zirvəsinə qalxdıqca komandaları üçün daha çox xal qazanırlar, ancaq onlar müvafiq təchizatları özləri ilə götürməsələr, iqlimə uyğunlaşa bilməmək səbəbindən xəstələnə və ya ölə bilərlər.

Öyrənmə nəticələri

"Peak Performance" insanların biznes və əyləncəni necə həyata keçirmələri ilə bağlı bir çox cəhəət barədə fikir və münasibətlərini dəyişmək üçün nəzərdə tutuluş həddən artıq cəlbedici öyrənmə alətidir.

Tədiqat göstərir ki, oyun elementlərinin daxil edilməsi metodologiyası iştirakçıların daha tez öyrənməsinə və cəlbedici mövzular, praktik komponentlər, əyləncə və biznes mühiti ilə əlaqələrdən istifadə yolu ilə daha uzunmüddətli nəticələr əldə etməsinə şərait yaradır. Bu, iş mühitində öyrənmə və inkişafı artırmaq üçün geniş şəkildə qəbul edilmiş üsuldur.

Timbildinq təcrübəsini yaşayan iştirakçılar tapşırıq zamanı nələrin baş verdiyini müəyyən etmək üçün reflektiv müşahidədən istifadə edirlər. Daha sonra, onlar həmin müşahidələri real vəziyyətlərlə müqayisə etməyə dəvət edilirlər. Bunu edən zaman iştirakçılar öz davranışlarında daimi və effektiv dəyişikliklər edə bilirlər.

Related Testimonial

Biz rəqabət hissi yaradacaq, sürətlə düşünmək imkanı verəcək, müqaviməti artıracaq, komanda işini yaxşılaşdıracaq və komanda üzvlərini əyləndirəcək fəaliyyət axtarırdıq. Komandamız fəal şəkildə iştirak etdi. Əldə etdiyimiz nəticələrdən ofisdə faydalandıq və komanda üzvləri mənimsədikləri bacarıqları tətbiq etməyə başladılar.

Skye London, People and Culture Manager
Artisan Recruitment

Qiyməti öyrənin