Qəhvə ticarəti mövzulu rəqabətcil oyun
"Bean Around the World" oyununda komandalar qəhvə taciri rolunda çıxış edərək istehsalçıdan mağazaya, oradan isə tez-tez dəyişən müştərilərə qədər təchizat zəncirini təmin edirlər. Tacirlər təchizatlçılardan qəhvə almaqla, digər sindiaktlarla ticarət etməklə və daha sonra qəhvə qarışıqlarını gəlir qarışlığında müştərilərə satmaqla pul qazanırlar!
Kenyadan Karib dənizi ölkələrinə, Braziliyadan Borneo adasına qədər qəhvə biznesində uğur qazanmaq üçün bazarı mükəməl şəkildə araşdırmaq, möhtəşəm səviyyədə xidmət göstərmək, o cümlədən daim dəyişən müştəri tendensiyaları və zövqlərinə tez bir zamanda uyğunlaşma qabiliyyətinə malik olmaq tələb olunur. Komandalar maksimum mükafat əldə etmək üçün alğı-satqı ilə məşğul olaraq müştəri tənliyinin hər iki tərəfində çıxış edirlər. Oyun 3 il müddətinə oynanılır və üçüncü ili sonunda ən çox nağd vəsait ələd edən sindikat qalib gəlir.
"Bean Around the World" qısamüddətli uğurla uzunmüddətli strategiyanın müqayisəsi, risklərin idarə olunması və qarşılıqlı faydalı danışıqlara əsaslanan rəqabətcil komanda oyunudur. Bu praktik biznes oyunu ünsiyyət çatışmazlığını aradan qaldırmaq və vahid məqsəd uğrund mübarizə aparan komandalar arasında əməkdaşlığı təmin etmək üçün diqqətli şəkildə hazırlanmışdır.
İştirakçılar dəyişən bazar qüvvələri ilə üzləşir, təchizat zənciri yaradır və müştərilərin tələblərini daha yaxından öyrənilər. Bu oyun məlumat toplama prosesi, adaptiv davranış, o cümlədən bazarlar və malların dəyərlərinin başa düşülməsinin əhəmiyyətini göz önünə gətirir.
Hər kəs çox gözəl vaxt keçirdi. İnsanlar "Bean Around the World" tədbirinin onları əməkdaşlığa necə vadar etdiyindən bəhs edirdilər. Bu, vacib idi! Onlar tək başına işləyə bilmədiklərinə görə oyunda uğur qazanmaq üçün komanda şəklində çalışmağa və strateji şəkildə düşünməyə vadar oldular.