Treasure Island

Komandalar yarışda iştirak edərək bütün komanda üzvlərini mərkəzi adaya aparır və xəzinə sandığını açırlar/

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
16 - Limitsiz

Haqqında

"Treasure Island" fəaliyyətində komandalar bütün komanda üzvlərini mərkəzi adaya çatdırmağa və xəzinə sandığını açmağa çalışırlar. Onlara 3 dirək və kəndir verilmişdir. Xoşbəxtlikdən, aralıqlarda təhlükəsizliyi təmin edən xırda daşlar var. Onlar körpü düzəltmək üçün dirəklərdən istifadə edir və bütün komandanı adaya çatdırırlar. Komanda adaya yaxınlaşdıqca əvvəl istifadə etdikləri metodlar artıq işə yaramır. Komandalar tezliklə başa düşürlər ki, uğur qazanmaq üçün əməkdaşlıq etməlidirlər. Komandalar birlikdə çalışaraq adaya çata və xəzinə sandığını açaraq böyük sürprizlə qarşılaşa bilərlər.

Öyrənmə nəticələri

"Treasure Island" 3 "B" adası adlandırılır: Birlik, Bərabərlik və Bölüşmək. Əksər real çətinliklərdə olduğu kimi burada da bu yanaşmadan istifadə etmək lazımdır. Oyunda çevik düşünmə qabiliyyəti öz faydasını verir. Əsl həyatda olduğu kimi burada da iştirakçılar innovativ düşüncədən istifadə etmələ və ənənəvi proseslərdə təkid etməməlidirlər. Çevik düşünmə və effektiv ünsiyyət komandalara dəyişən mühitə uyğunlaşmaqda kömək edir. Bu, uğur qazanmaq üçün kreativ problemhəlletmə qabiliyyətindən istifadə edilməsini və əməkdaşlığın gücünün qiymətləndirilməsini tələb edən çətin praktik öyrənmə fəaliyyətidir.

Related Testimonial

Çevik düşüncəni təşviq etmək üçün mükəmməl vasitə idi. "Treasure Island" komandamız üçün vacib metafora çevrildi.

EY

Qiyməti öyrənin