Komandalar təyinat məntəqəsini kəşf edir, araşdırma aparır, ssenari yazır, məşq edir və səyahət barədə qısametrajlı sənədli film çəkirlər
Deyilənə görə, səyahət şousuna ev sahibliyi edənlər dünyada ən yaxşı işə sahibdirlər… Əməkdaşlarınız indiyə qədər təşkil edilmiş ən həyəcanverici məkan əsaslı timbildinq tədbirlərindən birində itşirak etməyə hazırdırlar? Studiyadan kənarda çəkiliş aparan həddən artıq səmərəli televiziya şirkəti olmaq çətin tapşırıqdır. Komandalar resursları diqqətli şəkildə idarə etməli və rol bölgüsünü aydın şəkildə aparmalıdırlar: təqdimatçılar, operator heyəti, səs komandası, məkan komandası, dekorasiya komandası və, əlbəttə, rejissor. Məkanı ətraflı şəkildə araşdırmaq vacibdir və dəvənin arxasına kəmərlə bağlanmaq kimi unikal yerli təcrübələrin sınaqdan keçirilməsi və ya yerli yeməklərin təqdimatçının üzünü turşutması kimi hallar olmadan səyahət şousu tam olmur!
Uğur qazanmaq üçün hər bir komandanın 5 dəqiqəlik video-səyahəti müəyyən şərtləri qarşılamalıdır: məkan zənginliyi, tarixi binalar, marketlər, mədəni abidələr və yerli əhali ilə yerindəcə müsahibələr. Kreativ kamera bucaqları, lokal rəng seçimləri və düzgün şəkildə planlaşdırılmış çəkiliş prosesi qalibi müəyyən etməyə kömək edəcəkdir. Final mərhələsində komandalar bütün müvafiq şoulardan zövq alır və onları tənqid edirlər. Sonda onlara səyahətlərindən möhtəşəm suvenir qalır. Konfrans və ya iclasınızın keçirildiyi məkanı kəşf etmək üçün kreativ və macəralı üsul olan "Travel Show" qaçırmaq istəməyəcəyiniz timbildinq təcrübəsidir.
Studiyadan kənarda çəkiliş aparan həddən artıq səmərəli televiziya şirkəti olmaq çətin tapşırıqdır. Komandalar resursları planlaşdırmalı və kimin hansı rolda olacağını müəyyən etməlidirlər: təqdimatçılar, operator heyəti, səs komandası, məkan komandası, dekorasiya komandası və rejissor. Bu əyləncəli və effektiv tədbir iştirakçıların özlərini, bir-birini və ətraf əraziləri tanıması üçün möhtəşəm vasitədir. Həddən artıq faydalı olan bu ortaq təcrübədən fəaliyyət bitdikdən uzun müddət sonra baxış keçirmək və fikir mübadiləsi aparmaq üçün istifadə edilə bilər.
Onu deyə bilərəm ki, biz möhtəşəm gün keçirdik! Sizə və komandanıza gözləntilərimizdən artığını gerçəkləşdirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Biz "Travel Show" fəaliyyətini sevirik! O, bizə yenilikləri kəşf edərək və sınaqdan keçirərək əylənməklə yanaşı, kreativ olmağa kömək etdi.