İştirakçılar məqamı tutan həqiqi ölçülü model yaratmaq üçün qollarını çirmələyirlər.
"Time Bound" fəaliyyətində komandalar təyin edilmiş komanda üzvünün həqiqi ölçülü formasını yaratmaq üçün yapışdırıcı lent və plastik sarğı kimi sadə materiallardan istifadə edirlər. Onlar işə başlamazdan əvvəl verilmiş mövzuya uyğun olaraq yekun sənət əsərinin plan və dizaynını qurmalıdırlar. Bunun üçün digər komandaların fiqurları ilə öz fiqurlarını birləşdirmək və əməkdaşlıq tələb olunacaqdır. Onlar həqiqi ölçülü insan formasını yaratdıqdan sonra heykəllərini qurğuya daxil edirlər. Bu proses tamamlandıqdan sonra qurğu ictimai məkanda quraşdırıla və onun şəkli çəkilə bilər. Beləliklə, əyləncə daha da artır.
"Time Bound" nümayəndələrin gülüməsəməsinə və gülməsinə səbəb olacaq əyləncəli ortaq təcrübəsidir. Onun qeyri-formal təbiəti iştirakçıların öz kreativ idealarını irəli sürməsinə şərait yaradır. Komandalar müvəffəqiyyətlə yekun nəticəni əldə etmək üçün bir-biri ilə əməkdaşlıq etməli və effektiv şəkildə ünsiyyət qurmalıdırlar. Komandalar korporativ iyerarxiyası boyunca müxtəlif səviyyələrdən olan əməkdaşlardan ibarət ola bilər ki, bu da onların bu cür möhtəşəm tədbirdə bir-biri ilə rahat şəkildə ünsiyyət qurmasına şərait yaradır. Adından göründüyü kimi, "Time Bound" insanları birləşdirir.
Hər kəsin zövq aldığı, həddən artıq peşəkarcasına hazırlanmış timbildinq tədbirinə görə bir daha təşəkkürümü bildirirəm! "Time bound" kreativ ideyaları gerçəkləşdirmək üçün mükəmməl vasitə idi. Komandaları uğur qazanmaq üçün əməkdaşlıq edərkən və effektiv şəkildə ünsiyyət qurarkən görmək möhtəşəmdir.