GOALL!!

Komandalar uğur qazanmaq üçün strategiya, effektiv ünsiyyət və kreativlikdən istifadə edərək futbol klubu kimi çıxış edirlər.

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil
30 - Limitsiz

Haqqında

Dünyanın ən məşhur idman növü ən yaxşı və ən faydalı korporativ fəaliyyətlərdin birinə çevilərək komandalarınızı öz futbol klublarına rəhbərlik etmək və klubu inkişaf etdirmək üçün birlikdə çalışmağa vadar edir. Bu fəaliyyət həm kreativlik, həm də aktivlik tələb edir. Marketinq, sponsorluq və stadion dizaynından tutmuş oyunçulara təlim keçilməsi, məşqlər və penalti atışları kimi bir çox tapşırığı yerinə yetirmək lazımdır. Daha sonra, hakimlərin rəhbərliyi altında komandalar şüarlar səsləndirərək maksimum şəkildə fanatiklik nümayiş etdirirlər. Şüarları səsləndirmək iştirakçıların susamasına səbəb olduğuna görə onlara içki təqdim olunur və iştirakçılar yaradılmış bütün stadion modellərinə baxış keçirməyə dəvət edilirlər. Sonda, xallar və rəylər verilir, qalib elan olunur!


Öyrənmə nəticələri

Strategiya və sağlam liderlik mühümdür. Komandalar hədəfləri müzakirə edən və plan quran zaman effektiv ünsiyyət və kreativ düşünmə qabiliyyətindən istifadə etməlidirlər. İştirakçılar digərlərinin güclü tərəfləri və məharətini aşkar edirlər. "GOALL!"da uğur qazanmaq üçün müxtəlif bacarıqlar tələb olunur.

Bu cür müxtəlif tapşırıqları yerinə yetirmək üçün vəzifə bölgüsünü diqqətli şəkildə apararaq komanda üzvlərinin istedadlarından maksimum istifadə etmək lazımdır. "GOALL!" futbolun əyləncəli və enerjili tərəfini hər kəsə təqdim edən hərtərəfli fəaliyyətdir.

Related Testimonial

Goal!!" hərəkətli, kreativ və həddən artıq əyləncəli fəaliyyət idi. O, əməkdaşlarımızı birlikdə strategiya formalaşdıran zaman innovasiya və fəal dinləmə qabiliyyətindən istifadə etməyə vadar etdi.

Qiyməti öyrənin