Team Wellbeing Online

Sağlamlıq və rifah mövzusuna həsr olunmuş, əyləncəli və hərəkətli komanda fəliyyəti

30 dəqiqə - 1.5 saat
Qapalı məkanda
Rəqabətcil
4 - Limitsiz

Haqqında

"Go Team Wellbeing", xüsusi olaraq, iştirakçıların tez-tez baş verən dəyişikliklərə uyğunlaşmaq qabiliyyətini inkişaf etdirmək və iş yerində davamlı öyrənmə mədəniyyətini formalaşdırmaq üçün nəzərdə tutulmuş əyləncəli və hərəkətli komanda fəaliyyəti.

Fəaliyyət ərzində iştirakçılar rifah mövzusuna həsr olunmuş əyləncəli komanda tapşırıqlarını yerinə yetirirlər. "Go Team Wellbeing" tapşırıqları əyləncəli, cəlbedici və, hər şeydən önəmlisi, effektivdir. Tapşırıqlar, xüsusi olaraq, bir sıra rifah mövzularına, o cümlədən iştirakçıların şəxsən yaratdıqları sağlam qidalanma ilə bağlı ideyalar, qamət və hərəkət, təbiətlə əlaqə və enerji səviyyəsini yüksəltmək üçün gün ərzində fasilə verməyin əhəmiyyəti ilə bağlı mövzulara həsr olunmuşdur. Fəaliyyətlər bəziləri aktiv, bəziləri isə passiv olmaqla müxtəlif tərzlərə malikdir və, xüsusilə, komandanızın bacarıqlarına uyğunlaşdırıla bilər.

Mükafata layiq görülmüş "Go Team" tətbiqindən istifadə etməklə iştirakçılar ofisdə, konfrans zalında və ya seçilmiş açıq məkanda komanda şəklində iştirak edə bilərlər. "Go Team Wellbeing" fəliyyətində həm də ofisdən kənarda çalışan komandalar iştirak edə bilərlər. Ofisdən kənarda çalışan komandalar üçün nəzərdə tutulmuş onlayn versiyada iştirakçılar fəaliyyətə dəvət olunur, onlara QR kodu və tətbiqin yüklənməsi təlimatları verilir, iştirakçılar oyuna daxil olurlar. İştirakçılar video-konfrans vasitəsilə daha böyük qruplarla görüş keçirir və komanda şəklində fəaliyyətlərdə əməkdaşlıq edirlər. Moderator onlayn şəkildə iştirakçılara proqram ərzində istiqamət verəcək və zərurət yarandıqda onlara təlimatlar verəcəkdir.

Öyrənmə nəticələri

Hal-hazırda biz hər zamankından daha çox açıq fikirli olmalı, tez-tez baş verən dəyişikliklərə uyğunlaşmaq qabiliyyətini inkişaf etdirməli və iş yerində davamlı öyrənmə mədəniyyətini formalaşdırmalıyıq. Əlaqəlilik, kreativ biznes ideyaları və diqqətini cəmləmək vacibdir. Hər kəsin rifahını təmin etmək üçün emosional idrakı, fiziki və zehni sağlamlığı yaxşılaşdırmaq, xoşbətlik dərəcəsini artırmaq və ətrafdakı insanlara qarşı diqqətli olmaq lazımdır. "Go Team Wellbeing" komanda üzvlərinizə bu keyfiyyətlərin inkişaf etdirilməsi və gücləndirilməsində kömək edəcəkdir.

"Go Team Wellbeing", xüsusi olaraq, iş yerində hər kəsin emosional cəhətdən dərrakəli olmasını təmin etmək və komandanın məhsuldarlığını yüksək səviyyədə tutmaq üçün nəzərdə tutulmuşdur. İştirakçıların bu fəaliyyət çərçivəsində qazanacaqları bilik və bacarıqlar onlara iş yerində və şəxsi həyatlarında yardım edəcək, tədbirdən sonra uzunmüddətli təsirə malik olacaqdır. "Go Team Wellbeing" iştirakçılara öz güclərindən komanda üçün istifadə etməyi öyrədir. Komanda üzvləri həmkarları ilə daha rahat və müsbət ünsiyyət qurmağı öyrənirlər. Bu proqram onların müsbət duyğularla dolu mühit yaratmasına və bununla iş proseslərini daha səmərəli şəkildə icra etməsinə kömək edir. "Go Team Wellbeing" komanda üzvlərinizin daha inamlı olmasına, dinc və enerjili qalmasına kömək edir. O, iştirakçıları öz həyat tərzləri və gələcəklərinin qurucusu olduqlarına dərk etməyə təşviq edir.

Qiyməti öyrənin