Flat Out Aviator

Komandalar təyyarə düzəldib uçuraraq komanda işini sınaqdan keçirir

2 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
16 - Limitsiz

Haqqında

Hərtərəfli planlar quran və hissələr halında olan materiallar dəstindən istifadə edən komandalar həqiqi ölçülərinə (1:4) uyğun təyyarə düzəldirlər. Təyyarəni düzəltdikdən sonra komandalar onu xüsusi yapışqan yarlıqlar vasitəsilə bəzəyirlər. Daha sonra, onlar təyyarəni bir sıra əngəllərin arasından müvəffəqiyyətlə uçurtmaq üçün strategiya hazırlayaraq, komanda içərisində hər üzvə verilən vəzifə və öhdəlikləri müəyyən edirlər. Yarış vaxtı komandalar təyyarələrini uçuş-enmə zolağında bir sıraya düzürlər. "Red Bull Air Race" yarışlarında olduğu kimi komandalar rekord vaxt ərzində əngəllər arasından təyyarəni uçurtmaq üçün sürət, dəqiqlik və bacarıqları birləşdirməlidirlər. Qalib komanda təbrik edilir!

Öyrənmə nəticələri

Hissələr halında olan materiallar dəstindən təyyarə düzəldə bilmək üçün komanda işi, qabiliyyət və mükəmməl ünsiyyət bacarıqları tələb olunur. Təyyarəni düzəldərkən son məqsəddən xəbərdar olmaq əsasdır. Komanda içərisində tapşırıqların bölünməsi və üzvlər arasında effektiv ünsiyyətin mövcud olması, o cümlədən bir komanda üzvünün komponentlərinin digərinin komponentlərinə və ümumi layihəyə necə uyğunlaşdırılacağının başa düşülməsi təyyarənin keyfiyyətli qurulmasına kömək edəcəkdir. Effektiv strateji planlaşdırma, dəqiq vəzifə bölgüsü və effektiv komanda işi hava yarışlarında uğura aparacaqdır!

Related Testimonial

İştirakçılar möhtəşəm və yaddaqalan komanda tədbirindən zövq aldılar. Bu, həqiqətən onların əvvəllər görmədiyi heyrətamiz və unikal fəaliyyət idi. Yeni bir məhsulu ərsəyə gətirməyə çalışmaq onların kreativliyini artırdı və həmin 3 saat ərzində çox əyləndilər. Heç nə mümkünsüz deyil!

Pərakəndə satış təlimi üzrə menecer Aysek Lou
IWC Schaffhausen

Qiyməti öyrənin