Bridging The Divide

Körpü tikmək üçün komanda işi

1 - 3 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
24 - Limitsiz

Haqqında

"Bridging the Divide" komandalar vaxt məhdudiyyətinə və ünsiyyət əngəllərinə baxmayaraq, məhdud resurslarla sifarişçinin texniki şərtlərinə uyğun olaraq körpü tikirlər. Körpülər hər bir komanda tərəfindən kreativ şəkildə dizayn edilir, bəzədilir və markaya çevrilir. Ən kreativ layihəyə, ən yaxşı markaya sahib olan və resurslardan ən səmərəli şəkildə istifadə edən komandalara mükafatlar verilir.

Tədbirin yekun konstruksiya komponentində hər bir komandanın körpüsü şirkətin böyük körpüsünün bir hissəsi kimi görünür. Həyəcan yaradan böyük final zamanı birləşdirilmiş körpünün üzərində uzaqdan idarə olunan nəqliyyat vasitəsi sürülür.


Öyrənmə nəticələri

"Bridging the Divide" hər bir komandanın həm təchizahtçı, həm də müştəri kimi çıxış etdiyi çətin və maraqlı timbildinq məşğələsidir. Son məqsəd tam şəkildə əməkdaşlıq etməkdir və uğur qazanmaq üçün davamlı olaraq müştərilərlə əlaqələrin idarə olunması və ünsiyyətin zəncirvari təsirlərinin başa düşülməsi tələb olunur.

Məhdud müddət ərzində komandalar məhdud resurslarla uğur qazanmaq üçün layihələrin ağıllı şəkildə idarə olunmasından istifadə edir. Bu əyləncəli və praktikt tədbir çox güclü metaforalara malikdir. O, ümumi məqsədlər üçün funksiyalar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayır.

Related Testimonial

Komandalar təchizatçı və müştərilərin kim olduğunu müəyyən etmək üçün ünsiyyət quraraq körpünü dizayn etməyə başladılar, daha sonra körpünün komponentlərini düzəltməyə keçdilər. Hər kəs möhtəşəm nəticə əldə etdi. Bu, gözlədiyimizdən qat-qat uğurlu alındı. Timbildinq fəaliyyəti mürəkkəb və dəyərli idi.

Unilever

Qiyməti öyrənin