Pyramid Quest AR

Komanda masanızda artırılmış gerçəklik konsepsiyası ilə "Tomb Raiding" oyununu oynayın

30 dəqiqə - 1 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
6 - Limitsiz

Haqqında

"AR Pyramid Quest" növbəti timbildinq fəaliyyətinizdə və ya ziyafətinizdə ünsiyyət və fəallığı tamamilə yeni səviyyəyə çatdıran, planşet əsaslı, əyləncəli komanda oyunudur.

Komandalar masalarının ortasında qədim piramida yüksəldikcə heyranlıqla onu izləyirlər. Artırılmış gerçəklik əsasında ərsəyə gətirilən bu piramida planşet və ya smartfon vasitəsilə hər tərəfdən izlənilə bilən 3D modellərinin üst-üstə yığılması nəticəsində meydana gəlir. Komanda üzvləri qədim Misir müəmmasını ortaya çıxarmaq üçün öz bacarıqlarını birləşdirirlər. Avtomatik açılaraq qarşıya çıxan sensorlu ekran funksiyaları, sürüşən qayalar və kodlaşdırılmış, yüksək keyfiyyətə malik ieroqlifika bu cür xəyali macəraya əlavə maraq qatır.

Öyrənmə nəticələri

İntriqalı mövzu və fantastik oyun formatı bütün komanda üzvlərini iştirak etməyə təşviq edir. Son məqsədə gedən yolda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmək üçün komandalar məhdud vaxt ərzində bir-birini aktiv şəkildə dinləməli, bütün fikirləri nəzərə almalı və cəld qərar qəbul etməlidirlər. Sosiallaşan və əylənən zaman iştirakçılar digərlərinin istedadlarını aşkar edəcək və ümumi məqsədə çatmaq üçün birlikdə mübarizə aparmağı öyrənəcəklər. Masalar arasındakı şən rəqabət hər kəsi iştirak etməyə təşviq edir və iştirakçıların həmkarları ilə yeni əlaqələr qurmasına şərait yaradır.

Qiyməti öyrənin