Ofisdənkənar timbildinq tədbirləri əməkdaşların sağlamlığı və rifahı üçün möhtəşəm faydalara malikdir. O, gərginliyi azaldır, qan təzyiqini aşağı salır və immuniteti artırır, beynin funksiyasını yaxşılaşdırır, məhsuldarlığı, kreativliyi və diqqətliliyi artırır. Ofisdən kənarda çalışan insanlar üçün bu tədbirlər əməkdaşlığı, komanda əlaqələrini gücləndirir və timbildinq fəaliyyəti ilə bağlı xoş duyğular formalaşdırır.
Bildiyimiz kimi, hazırda ofisdənkənar timbildinq tədbirlərə skautlardan Danimarkanın meşə məktəblərinə qədər bir neçə tarixi amillər təsir göstərmişdir. Bütün bu hərakətlar informal öyrənmə, praktik açıq hava fəaliyyətləri və komanda işi üzərində təsir malikdir. Müharibədən sonrakı dövrdə açıq havada təhsil sahəsində kəskin artım müşahidə olundu. 80-ci illərə qədər bu cür təhsil açıq hava mərkəzləri və təlim düşərgələri kimi konkret məkanlarda baş tuturdu. Bununla belə, 90-cı illərdə "Catalyst" timbildinq şəbəkəsi konfrans zalları və ya otel ərazilər kimi istənilən ərazidə həyata keçirilə bilən ofisdən kənar mobil timbildinq fəaliyyətləri yaratmaqla açıq havada timbildinq fəaliyyətləri sahəsində yeni istiqamət yaratdı. "Breakthrough" kimi timbildinq oyunları korporativ qruplara təbiətə getmədən və ya açıq havada təhsil mərkəzində yer sifariş etmədən problemlərin həll edilməsi ilə bağlı 3D açıq hava məşğələlərində iştirak etmək imkanı verdi. "Catalyst" yeni bir vizyonun və açıq havada timbildinq tədbirləri bazarında mövcud olan tendensiyaların əsasını qoydu. Bunun nəticəsi olaraq, hal-hazırda fəaliyyətlər və öyrənmə nəticələri ilə bağlı seçimlər çoxdur. Artıq şirkətlər açıq havada timbildinq fəaliyyətlərinin müvafiq və mənalı olmasını təmin edə bilər.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?