İş yeri ilə tanışlıq prosesi yeni əməkdaşların rahat inteqrasiyasını nəzərdə tutur. Onların narahatlığını aradan qaldırmaq üçün aidlik hissinin yaradılması və inamın formalaşdırılması onların tez öyrənməsinə, komandanın məhsuldar və xoşbəxt üzvünə çevrilməsinə şərait yaradacaqdır. Bu proses bir hissəsini təşkilati mədəniyyətin başa düşülməsi və ona uyğunlaşma təşkil edir. Bu proses qismən müvafiq qaydada hazırlanmış tanışlıq, təlim və inkişaf proqramları vasitəsilə baş tutur.
Oyun elementlərinin daxil edildiyi öyrənmə fəaliyyətlərinin müsbət nəticələrə malik olması və bu nəticələri artırması sübut edilmişdir. "Go Engage" kimi fəallığı artıran tətbiqlər tanışlıq prosesini bir neçə həftə, ay və ya il çəkən əyləncəli və mərhələli proses çevirir. "Go Engage" yeni əməkdaşların təşkilati mədəniyyəti, siyasətləri, prosedirları və tapşırıqları əyləncəli və fəal şəkildə başa düşməsini təşviq edir. Bu, yeni heyət üzvünün heç bir əngəl olmadan suallar verməsinə, cavabı düzgün anladığından əmin olmaq üçün təkrar-təkrar müraciət etməsinə imkan verir. Bu proses yeni əməkdaşın təşkilati uğura qısa müddətdə töhfə verməsinə kömək edir ki, bu da onlarda aidlik hissi, özlərinə və digərlərinə hörmət formalaşdırır. Bundan əlavə, onlar bütün heyətin güclənməsinə kömək edir, onlar qeyri-formal şəkildə yeni heyətin öyrənmə prosesinə kömək edirlər.
Timbildinq fəaliyyətləri tanışlıq prosesində vacib rol oynayır. Misal üçün, "Knowing Me Knowing You" və "Quickfire" kimi ünsiyyət şəbəkəsinin qurulmasını təşviq edən fəaliyyətlər yeni heyətin inteqrasiyası üçün mükəmməl alət olmaqla yanaşı bütün komanda üzvləri arasında əlaqələrin yaradılması və gücləndirilməsinə rol oynayır. Əyləncəli və qeyri-formal ortaq təcrübə sayəsində heyət üzvlərində öz həmkarlarına qarşı müsbət düşüncə formalaşır ki bu da, işlə bağlı məmnuniyyəti və ümumi məhsuldarlığı artırır. Aidlik və bağlılıq hissinin yaradılması vaxt tələb edir, ancaq diqqətli şəkildə hazırlanmış, yalnız yeni heyət üzvünün deyil, bütün komandanı əhatə edən tanışlıq prosesi dayanıqlı uğurun təməlini qoyur.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?