Timbildinq fəaliyyətləri ofisdən kənarda olduğu qədər şirkət daxilində də effektiv və xoş ola bilər. Şirkətdaxili timbildinq tədbirləri şirkət daxilində həyata keçirilən iclas, konfrans və ya korporativ əyləncə tədbirlərini canlandıra bilər. Onlar biznesin əsas mesajını çatdırmaq və iştirakçıları interaktiv süjet xəttinə cəlb etmək üçün effektiv alət rolunu oynayır. Hava şəraitdən asılı olmaması ilə yanaşı, şirkətdaxili timbildinq oyunları həm də görüşün müəyyən edilmiş gündəliyində duran məsələlərin müzakirəsi zamanı vaxtdan səmərəli istifadəyə şərait yaradır. Seçimlərin sayı çoxdur, ancaq zaman və, ən əsası, timbildinq hədəfləri nələrə nail oluna biləcəyini müəyyən edəcəkdir. Həmkarlar bir-biri ilə yenicə tanış olduqda "Knowing Me Knowing You" kimi qısa tanışlıq sessiyaları söhbətə başlamağa təkan verə və qrup üzvlərini bir-birinə uyunlaşmasını sürətləndirə bilər. Zamandan səmərəli istifadə vacib olduqda "Boomtime" kimi böyük təsirə malik, enerjini artıran məşğələlər təqdimatın müddətinə müdaxilə etmədən bayram ab-havasını yarada bilər.
Vaxt çox olduqda isə hərtərəfli biznes oyunlarını təşkil etmək mümkün ola bilər. Misal üçün, "Peak Performance" komandanı Everest dağının zirvəsinə ekspedisiya təşkil etməyə vadar edən, risklərin idarə olunması və çevik komanda işini tələb edən, iş yerində istifadə oluna biləcək paralel müsbət müşahidələrin aparıldığı platforma təklif edən, planşet əsaslı simulyasiya oyunudur. Şirkətdaxili timbildinq tədbiri keçirmək üçün ən əsas səbəblərdən biri komandanızı birlikdə işləməyə və daha yaxşı nəticələr əldə etməyə ruhlandırmaq. Bunu nəzərə alaraq, "The Big Picture" yaxud "Beat the Box" kimi timbildinq tədbirləri ümumi məqsəd uğrunda mürəkkəb tapşırıqları yerinə yetirmək üçün əməkdaşlıq edilməsini tələb edir. "Orchestrate" bəlkə də ahəngdar komanda işinin təcəssümüdür. Bu, iştirakçıları bir-biri ilə uyğunlaşmağa və cəmi iki saat ərzində orkestr yaratmağa vadar edən güclü və emosional şirkətdaxili timbildinq fəaliyyətidir!
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?