2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də həm indiki dövrdə, həm də gələcəkdə bütün insanlar və planetimiz üçün sülh və əmin-amanlıqla bağlı ümumi plan müəyyən edilir.
Planın əsasını inkişaf etmiş və inkişafda olan bütün ölkələri qlobal tərəfdaşlıq çərçivəsində dərhal tədbirlər görməyə çağıran 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) təşkil edir. Bu ölkələr qəbul edirlər ki, yoxsulluq və digər məhrumiyyətlərin aradan qaldırılması prosesi səhiyyə və təhsilin səviyyəsini artıran, bərabərsizliyi azaldan və iqtisadi artıma təkan verən, bununla, birlikdə iqlim dəyişikliyinə mane olan, okean və meşələrimizi qorumağa çalışan strategiyalarla paralel şəkildə həyata keçirilməlidir.
"Catalyst" şirkətində bizim missiyamız timbildinq vasitəsilə müəssisələrə və əməkdaşlara müsbət şəkildə təsir etməkdir. Biz bu işi daha da irəliyə daşıyırıq. Hər dəfə kimsə hər hansı "Catalyst" proqramında iştirak etdikdə biz "B1G1" təşəbbüsü çərçivəsində xüsusi olaraq seçilmiş, yüksək əhəmiyyətli layihələrdən birinə töhfə veririk.
"B1G1" verilmiş hər bir ianəni və töhfəni BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirir. Beləliklə, biz ianə verməklə birbaşa olaraq 17 Dayanıqlı İnkişaf Məqsədinə töhfə verir, 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılmasına, bərabərsizlik və ədalətsizliklə mübarizəyə, iqlim dəyişikliyinin qarşısının alınmasına yardım edirik.
"B1G1" təşəbbüsünün bir hissəsi olmaq o deməkdir ki, biz sahibkarlıq subyektlərinin dünyanı dəyişmək üçün bir araya gəldiyi hərəkatda iştirak edirik. Verdiyimiz ianələri Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirmək bu Məqsədlərə verdiyimiz töhfələri səmərəli şəkildə izləmək imkanı verir. Biz bundan bizi öz biznesimizi müsbət şəkildə inkişaf etdirməyə ruhlandıran və bu yolda bizə rəhbərlik edən vasitə kimi istifadə edirik.
Biz "B1G1" təşəbbüsünə nəzər salmağınızı tövsiyə edirik. Ənənəvi ianə modellərindən fərqli olaraq "B1G1" təşəbbüsü kiçik və orta sahibkarlıq subyektlərinə unikal ianə hekayələri yaratmaq üçün ianə verilməsi fəaliyyətlərinin gündəlik biznes əməliyyatlarına daxil edilməsi yolu ilə daha sosial təsirə nail olmaqda kömək edir. Hər bir biznes əməliyyatı (və nəticədə sizin gündəlik fəaliyyətiniz) 1 sent kimi kiçik məbləğdən başlayaraq başqa insanların həyatında təsirə malik ola bilər.
Biz "Catalyst" şirkətində faydalılıq zənciri əmələ gətiririk: möhtəşəm oyunlar dizayn etmək, bütün iştirakçılar və onların şirkətləri üçün böyük təsirə malik olmaq, sizinlə birlikdə möhtəşəm işlər görmək.