Quickfire Olympics

Olimpiya oyunları mövzulu və planşet əsaslı əyləncəli timbildinq məşğələləri.

20 dəqiqə - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

"Quickfire Olympics" oyununun əvvəlində məşəlin köməyi ilə ənənəvi qazanda alov yandırılır. Hər bir komanda oyuna planşet, avadanlıqlardan ibarət qutu və oyun üçün hazırlanmış Yunan valyutası ilə başlayır. Onların məqsədi strateji olaraq investisiya qoymaq və verilmiş vaxt ərzində mümkün qədər tapşırığı yerinə yetirməkdir. Zehni, fiziki və kreativ Olimpiya oyunlarının çətinlik səviyyələri və formaları (fotoşəkilli, videolu, təkcavablı, çoxseçimli, məntiqi tapmacalar və s.) müxtəlifdir! Komandaların atletləri bədəli və mükafatı nəzərə alaraq müvəffəqiyyətlə tamamlayacaqlarını düşündəkləri tapşırıqları seçirlər. Bununla belə, heç bir tapşırıq üçün yüksək səviyyəli idmançı olmaq tələb olunmur. Vaxt azaldıqca sürət artır və risklərin sayı çoxalır. Bununla, əyləncə, gülüş səsləri və tələskənliklə dolu hərtərəfli mühit yaranır. Qalib komandaya səhnədə Olimpiya medalları təqdim olunur. "Quickfire" tətbiqi və fəaliyyətin məzmunu markanıza və dəyərlərinizə tam şəkildə uyğunlaşdırıla bilər.

Öyrənmə nəticələri

Mədud müddət ərzində iştirakçılar əngəlləri aradan qaldırmalı və öz güclərinə inanmalıdırlar. Vaxt azaldıqca komanda hər bir atletin güclü tərəflərini başa düşür, inanmağa başlayır və mükafat qazanmaq üçün qətiyyətlə riskə gedir. Cütlük və qrup şəklində yerinə yetirilən tapşırıqlar üçün innovativ düşüncə, praktik ünsiyyət bacarıqları və kollektiv strategiya tələb olunur. Bütün bunlar maneəsiz silsilə hərəkətlərlə yekunlaşdırılmaqla Olimpiya halqalarını əks etdirir. "Quickfire" oyunu gülüş səsləri müşayiət olunur! O, komandalarda sevinc, idmançılıq və birlik hissi yaradır! Ən vacibi isə, iştirakçılar özlərinin və digər komanda üzvlərinin fərqli bacarıqlarını və güclü tərəflərini qiymətləndirirlər.

Qiyməti öyrənin