Haute Couture

Komandalar dəb nümayişi hazırlayır və nümayiş etdirirlər

2 - 3 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
50 - Limitsiz

Haqqında

İştirakçılar öz təxəyyüllərindən və kreativ ideyalarından istifadə edərək dəb nümayişi zamanı gizli dizayn bacarıqlarını ortaya çıxarırlar. Komandalara büdcə, boş kağız, parça, sancaq, qayçı və dəb nümayişi hazırlamaq üçün lazım olan bütün digər aksesuarlar verilir. Qısa müddət ərzində komandalar məhdud resurslarla dəb kolleksiyası hazırlamalıdırlar. Tədbirin kuliminasiya mərhələsində komandalar öz məhsullarını nümayiş etdirirlər.

Öyrənmə nəticələri

Komanda işi, effektiv idarəetmə və ümumi məqsəd dəb kolleksiyasının qalib seçilməsi üçün vacibdir. Komandaların öz dəb nümayişlərini hazırlaması və nümayişin xoreoqrafiyasını qurması üçün məhdud vaxt verilmişdir buna görə iştirakçıların güclü tərəflərinə uyğun olaraq dəqiq rol bölgüsününü aparılması vacibdir. "Haute Couture" çətin olsa da, komandalara unudulmaz anlara yaşadacaq, kreativlik və innovasiyanın əhəmiyyətinin daha yaxşı başa düşülməsini təmin edəcək möhtəşəm fəaliyyətdir.

Related Testimonial

Haute Couture" hərəkətli və əyləncəli tədbir idi. Bu tədbirdə komanda işinin əhəmiyyəti göz önünə sərildi və iştirakçıların bir-birinin üstün cəhətlərini tanıdılar.

Zara

Qiyməti öyrənin