Breakthrough

Bir sıra problemhəlletmə tapşırıqlarından istifadə edərək komanda dinamikasını kəşf edin

1 - 4 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
10 - Limitsiz

Haqqında

"Breakthrough" fəaliyyətində komandalar məhdud müddət ərzində konkret resursların köməyi ilə bir sıra hərəkətli tapşırıqları yerinə yetirirlər. Komandalar işə mövcud resursları qiymətləndirmək, realistik məqsədlər müəyyən etmək və məqsədlərə nail olmaq üçün istifadə ediləcək üsullar barədə qərara gəlməklə başlayırlar. Verilən müddət hər bir tapşırığı tamamlamaq üçün çətinliklə kifayət edir buna görə komandalar tələsməli, ancaq həvəsdən düşməməlidirlər. Komandalar öz performanslarını gözdən keçirməyə və öyrəndiklərini növbəti tapşırıqda tətbiq etməyə təşviq edilirlər. Öz səfərlərini tamamladıqdan sonra qrup üzvləri rəqabətcil və ya hər kəsin qalib olduğu kollektiv şəkildə təşkil olunan final tapşırığı üçün yenidən bir araya gəlirlər.

Öyrənmə nəticələri

"Breakthrough" fəaliyyətində problemhəlletmə tapşırıqlarının hər biri ünsiyyəti təşviq etmək və komanda işinin müxtəlif cəhətlərini nəzərə çatdırmaq üçün nəzərdə tutulmuşdur. Qısa müddət ərzində komandalar komanda dinamikasının əsaslarını öyrənirlər. İştirakçılar ünsiyyət tərzinin komandanın uğuruna necə təsir göstərəcəyini qiymətləndirirlər. Onlar, həmçinin, digərlərinin gücünü anlayırlar. Tələb olunduqda "Breakthrough" Belbin və ya Mayers-Briqs kimi komanda profili texnikalarının platformasına uyğunlaşdırıla bilər. "Breakthrough" məkan, nümayəndələrin sayı və xüsusi biznes məsələlərinə uyğunlaşdırıla biləcək menyu formatında peşəkar şəkildə təqdim oluna bilər.

Related Testimonial

Breakthrough" hər hansı komanda konfransıbı mükəmməl şəkildə tamamlayır, çünki o, nümayəndələrə çölə çıxmaq, bir-biri ilə rəqabət aparmaq və doyunca əylənmək imkanı verir.

Valery Cussenot, General Manager
KSO Hong Kong

Qiyməti öyrənin