Almaniyanın nəhəng avtomobil istehsalı şirkəti olan "Continental" onun nəzdində fəaliyyət göstərən CES (Continental Engineering Services) şirkətinin 10-cu ilində 9 ölkədə yerləşən 11 şəhərdə 1188 iştirakçı ilə "Catalyst Global" timbildinq şəbəkəsinin üzvləri tərəfindən təşkil olunan qlobal “Beat the Box” timbildinq fəaliyyətini həyata keçirdi. "Beat the Box" fəaliyyətində hər bir komandaya içərisində bir neçə kilidli kassa olan kilidli alüminium qutu verilir. Komandalar qutunu, daha sonra isə bir sıra tapmacanı taparaq hər bir kassanı açmalıdırlar. Bununla belə, qrupun əsas məqsədi tapmacanı taparaq saatı dayandırmaqdır!
"Continental" şirkəti üçün fəaliyyət Ceyms Bond filmindən bir səhnəni xatırladırdı. "Continental Engineering Services GmbH" şirkətinin icraçı direktoru bütün iştirakçıları iştirak etməyə ruhlandıraraq fəaliyyəti açıq elan etdia. O, onlara öz missiyalarını izah etdi. "CES" şirkətinin rəsmi veb saytının əsas səhifəsinə Ceyms Bondun qatı düşməni icazəsiz şəkildə daxil olmuşdur. İştirakçıların hədəfi Ceyms Bondun qatı düşməni olan, fövqəlinsan güclərinə malik mənfi obraz Ernst Stavro Blofeldin icazəsiz şəkildə daxil olduğu, "CES" şirkətinin veb saytının əsas səhifəsini bərpa etmək idi. Blofield 90 dəqiq ərzində bütün şirkəti yür üzündən silməklə təhdid edirdi! Bu fəlakətin qarşısını almaq üçün qrup kodu sındırmalı və əsas səhifəni bərpa etməli idi.
Dünyanın 11 nöqtəsindən (Meksika, Şanxay, Banqalor, Vesprem, Timişoara, Frankfurt, Nürnberq, Reqensburq, İnqolştat, Tuluza və Obern-Hils) gələn 1188 iştirakçı kodu sındırmaq üçün hərəkətə keçdi. Hər bir komanda öz qutusunu açmaq üçün tapmacaları tapmağa başladı. Bununla belə, onlar tezliklə başa düşdülər ki, zaman qarşı yarışdıqları bu yarışda sirri ortaya çıxarmaq üçün digər komandalarla əməkdaşlıq etməlidirlər. Dərrakəli, kreativ düşüncə, komanda işi və əməkdaşlıq sayəsində kod sındırıldı və əsas səhifə bərpa olundu!
"Continental" şirkətindən qatılan iştirakçılar bildirdilər ki, onlar əylənərək digər şəhərlərdə çalışan və heç vaxt birlikdə çalışmadıqları insanlarla əməkdaşlıq etməyi öyrəndilər. Filallarının mərkəzdən kənarda yerləşdiyi iş mühitlərində komandalar üçün ayrı-ayrılıqda çalışmaq və, adətən, ən yaxşı təcrübələri bölüşməmək adət halına çevrilmişdir. Rəhbərlik hiss etdi ki, "Beat the Box" bu vacib məsələni göz önünə gətirmək üçün eksperimental öyrənmə alətindən istifadənin fantastik üsuludur. O, beynəlxalq miqyasda fəaliyyət göstərən filialların birlikdə vahid məqsəd naminə "oyun oynaması" üçün böyük imkan yaratdı. Bu ortaq təcrübə uzun müddət xatirlərində qalacaqdır.
"Beat the Box" "Catalyst Global" şirkətinin Almaniyadakı tərəfdaşı olan "Spielgstelter" şirkətinin həmtəsisçiləri Markus Ruese və Rene Vittek tərəfindən ixtira edilmişdir. "Beat the Box" dünyanın hər yerində eksklüziv olaraq "Catalyst Global" şəbəkəsi tərəfindən təşkil olunur.