Danışıqlar aparmaq bacarıqları

Hər iki tərəf üçün faydalı olan nəticələr əldə etməkü çün güclü biznes bacarıqları tələb olunur.

Danışıqlar sadəcə razılıq əldə etmək məqsədilə aparılan müzakirə olduğuna görə biz ondan hər zaman istifadə edirik. Danışıqlar aparmağı bacaran ən istedadlı şəxslərə misal olaraq övladlarımızı göstərə bilərik. Digər şəxslərlə qurulan istənilən qarşılıqlı əlaqə potensial danışıqdır. Bölüşdürücü danışıqlarda bir tərəfin əldə etdiyi hər hansı qazanc digər tərəfin sayəsində olur və əksinə. Bu, sıfır nəticəyə malik oyundur. Birləşdirici danışıqlarda isə danışıqlar prosesi vasitəsilə əlavə dəyər formalaşdırmağa çalışılır. Bu, adətən, payın genişləndirilməsi adlandırılır. Əksər danışıqlar hər ikisinin kombinasiyasıdır. Xüsusilə, danışıqlar uzunmüddətli əlaqələrə sahib olan iki tərəf arasında baş tutduqda inam böyük əhəmiyyət daşıyır.

Danışıqlar aparmaq bacarıqlarına biznesdə çox böyük əhəmiyyət verilir. Çətin danışıqların öhdəsindən gəlmək üçün insanlar kreativ və açıq fikirli olmalıdırlar. Müxtəlif insanların, adətən, fərqli nəticələri qiymətləndirdiyinin fərqində olmaq danışıqlara yanaşma tərzimizi yaxşılaşdırır, danışıqların keyfiyyətini və effektivlik ehtimalını artırır. İnsanlar öz inanclarının təsdiqlənməsini xoşlayırlar. Digər tərəflərin yanaşma tərzini anlamaq üçün bu limitləri aşmaq və fəal dinləyici olmaq qarşılıqlı anlayış əldə etməyə kömək edir. Öz duyğularını paylaşmaq üçün bir-birinə şərait yaratmaq və mühakimə etmədən öz düşüncəni dəyişməyə icazə vermək vaibdir. Ən əsası isə, aydın, dəqiq ünsiyyət qurmaq və qarşındakına hörmət etmək danışıqlar üçün vacibdir.

"Catalyst" şirkətinin danışıqlara əsaslanan bir neçə biznes oyunu rahat informasiya mühitində təcrübədən keçirilməlidir. İştirakçılar məlumatların dəyərini anlayır və onların zamanla necə dəyişdiyini öyrənirlər. İnam və inamın qırılması ilə bağlı problemlər. Yekun nəticəni yaxşılaşdırmaq üçün əməkdaşlıq üsulları.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın

Daha çox müştəri hekayələri