Planlaşdırma və logistika fəaliyyətlərini düzgün şəkildə həyata keçirməklə böyük bir qrupun effektiv timbildinq fəaliyyətində iştirakını təmin edə bilərsiniz. İstənilən korporativ timbildinq fəaliyyətində olduğu kimi, bu fəaliyyət də "Nəyə görə timbildinq fəaliyyətini həyata keçiririk?" sualının cavablandırılması ilə başlayır. Əsas nəticələri müəyyən etdikdən və qrupun üzvlərinin xarakterini başa düşdükdən sonra hansı timbildinq fəaliyyətinin uğurlu olacağı barədə fikrə sahib ola biləcəksiniz. Kiçik qruplar üçün nəzərdə tutulmuş timbildinq fəaliyyətləri daha böyük qruplar üçün yararlı olmaya bilər. Böyük qruplar üçün nəzərdə tutulmuş oyunların effektiv və əyləncəli olması üçün logistika fəaliyyətlərinin mahir şəkildə planlaşdırılması və ekspertiza tələb olunur. Hər bir iştirakçının öz kiçik qrupu ilə ünsiyyətdə olmasını, müxtəlif qruplar arasında uyğunluğun olmasını və iştirakçılar arasında birlik hissinin olmasını təmin etmək üçün xüsusi bacarıq tələb olunur. Bu səbəbdən, siz böyük qruplar üçün timbildinq fəaliyyətlərinin təşkil edilməsi üzrə bacarıq və təcrübəyə malik timbildinq provayderi seçməlisiniz.
Böyük qrup üçün seminar və ya korporativ tədbir təşkil etməyinizdən və böyük qrup üçün timbildinq fəaliyyətləri həyata keçirmək istəyinizdən asılı olmayaraq, "Catalyst" düzgün fəaliyyətin təşkilində sizə vaxt qazandıra bilər. "Catalyst" şirkətində biz öz təcrübəmizdən hansı timbildinq fəaliyyətinin yüz nəfər və ya daha çox iştirakçıdan ibarət qrup üçün faydalı olacağını və düzgün nəticələr ərsəyə gətirəcəyini bilirik.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?